Seçkilərlə bağlı MSK-ya daxil olan şikayətlərə baxıldı

Seçkilərlə bağlı MSK-ya daxil olan şikayətlərə baxıldı

Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.

 

Sfera.az xəbər verir ki, MSK-nın bu gün keçirilən icasında çıxışçılar şikayətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib.

 

Bildirilib ki, şikayətlər 56 saylı Şabran-Xaçmaz (2 şikayət), 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 72 saylı Cəlilabad kənd, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabadi, 86 saylı Ağcabədi dairə seçki komissiyalarının müxtəlif məntəqə komissiyalarından daxil olub.

 

Qeyd edilib ki, müraciətlər aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyalarına göndərilib.

 

MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, fevralın 3-də baş tutacaq iclasda şikayətlərlə bağlı araşdırmalar yekunlaşdırılmalıdır.

 

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.

 

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.


OXŞAR XƏBƏRLƏR

Rusiya dövlət şirkətinin erməni meneceri həbs olundu

Rusiyada məhkəmə "Rosnano" şirkətinin keçmiş icraçı direktor müavini, maliyyə şöbəsinə rəhbərlik edən Artur Qalstyanı vəzifə səlahiyyətlərindən sui-is...

Bərdədə ƏMƏLİYYAT: saxlanılanlar var

Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər...

Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun

Ofis şəraitində çalışan hər bir şəxs xroniki yorğunluqdan əziyyət çəkir. Buna səbəb gün ərzində çox oturmaq, eyni nöqtəyə baxmaqdır.   Sfera.az xəbər...

Türkiyə Ordusu İraqda iki terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçiririb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən...

Ərəb ölkələri Qəzza ilə bağlı çağırış etdi

Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, eləcə də Fələstin Azadlıq Təşkilatı və Ərəb Liqası beynəlxalq ictimaiyyəti Qəzza zolağ...

Kolumbiya vətəndaşları ABŞ-dən “ləyaqətlə” deportasiya olunub

Kolumbiya vətəndaşlarının ABŞ-dən “ləyaqətlə” deportasiyası üçün pul ödəməyi təklif edib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir k...