Qəbələdə baş verən qəzayla bağlı cinayət işi açıldı

Qəbələdə baş verən qəzayla bağlı cinayət işi açıldı

Qəbələdə iki avtomobilin toqquşduğu qəzada iştirak edənlərdən birinin sürücülük hüququ olmayıb, qəza ilə bağlı cinayət işi açılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Qəbələ rayonunun Tövlə kəndinin ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərdən biri - Aqasif Qəriblinin avtomobili idarə etmə hüququ yoxdur və onun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr var: "Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. İstintaqın nəticəsinə uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək".

 

Məlumatda qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi bu hadisədə təqsirin kimdə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.


OXŞAR XƏBƏRLƏR

Prezident Xocalıda bu ailənin qonağı oldu – FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tan...

HƏMAS və İsrail razılaşdı: Qəzzada atəşkəs olacaq

HƏMAS və İsrail Qəzza zolağında yerləşən qüvvələrin geri çəkilməsi ilə bağlı ilkin razılığa gəliblər.    Sfera.az “El-Watan News” nə...

Bu ilin 6 ayında korrupsiyaya görə 10 şəxs cinayət başında yaxalanıb

Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən bu ilin altı ayı ərzində 59 cinayət işi başlanıb.   Sfera.az xəbər verir...

Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində sonuncu iclası keçirildi və bununla da Milli Məclisin deputatları tətilə buraxıldı. Səlahiyyəti...

Saatlıda yeniyetmə Araz çayında boğuldu

Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında ...

Bakının mərkəzində avtomobil yandı - Sürücü yanğını özü söndürdü - VİDEO

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.     Sfera.az xəbər verir ki, Hadisə şahidlərinin Milli.Az-a verdiyi m...