"Azercell" abunəçilərindən 2 manat aylıq istifadə haqqı çıxacaq - BU TARİXDƏN

"Azercell" abunəçilərindən 2 manat aylıq istifadə haqqı çıxacaq - BU TARİXDƏN

Bu gündən etibarən "Azercell" abunəçiləri aylıq istifadə haqqı ödəyəcəklər.

 

Sfera.az xəbər verir ki, hər ay mobil xidmətlərə (zənglər, internet, SMS və s.) 2 AZN-dən az pul xərcləsəniz, balansınızdan avtomatik olaraq 2 AZN (vergilər daxil) xidmət haqqı çıxılacaq. 

 

Hər bir təqvim ayı ərzində telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcmi 2 AZN-dən çox olduqda aylıq xidmət haqqı tətbiq edilmir. Yəni əgər istifadəçi ay ərzində 2 AZN-dən çox xərcləsə, bu xidmət haqqı çıxılmayacaq.

 

Xidmət haqqı hesablanarkən "Paycell" və "Simkredit" xidmətləri nəzərə alınmır. Ay bitdikdən sonra, növbəti ay balansda kifayət qədər vəsait varsa, həmin ayın xidmət haqqı tam şəkildə çıxılacaq. Əgər balansda kifayət qədər pul yoxdursa, qalıq məbləğ hesabdan silinir və balans artırıldıqda qalan məbləğ avtomatik çıxılır. 

 

Qeyd edək ki, "Bakcell" və "Nar Mobile" nömrələrində bu məcburi deyil. Hətta balansda 0,10 ₼ qalsa belə, məbləğ növbəti balans artımında deyil, yalnız ayın sonu çıxılacaq. "Azercell"də isə bu məcburidir və faktiki olaraq hər ay 2 manat ödənilməlidir. 

 

2 manat faktiki vəsait qarşılığında 30 günlük bonus olaraq 25 dəqiqə şəbəkədaxili (ancaq "Azercell" abunəçilərinə) və 250 meqabayt təqdim olunur.

 

İmtina etmək üçün istifadəçi "Sadə" tarifinə qoşula bilər. Beləliklə, yalnız "Sadə" tarifi üçün 6 ₼ abunə haqqı ödəniləcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...