Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynayır

Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynayır

Hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla təsis edilib və həmin vaxtdan etibarən ölkədə gənclərin inkişafına yönəlmiş siyasətin rəmzinə çevrilib. Bu gün gənclərin cəmiyyətin müxtəlif sahələrində fəallığını artırmaq, onların potensialını üzə çıxarmaq və dövlətin inkişafında iştirakını genişləndirmək məqsədi daşıyır. Azərbaycan dövləti müstəqillik illərindən etibarən gənclərin hərtərəfli inkişafını prioritet məsələlərdən biri kimi müəyyən edib və bu istiqamətdə davamlı siyasət yürüdür.  

 

Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti onların təhsilinə, istedadlarının üzə çıxarılmasına, vətənpərvərlik ruhunda böyüməsinə və sosial fəallığının artırılmasına yönəlib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsil imkanlarının genişləndirilməsi, onların peşəkar inkişafına şərait yaradılması və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir. Xaricdə təhsil almaq istəyən gənclər üçün yaradılmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bu sahədə ən mühüm təşəbbüslərdən biri olub. Hazırda “2022-2026-cı illər üçün Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə gənc dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanır. Bundan əlavə, gənclərin ictimai fəallığını artırmaq və onların təşəbbüslərini dəstəkləmək üçün bir sıra layihələr həyata keçirilir. 2011-ci ildə yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin sosial və mədəni inkişafına yönəlmiş layihələrə maliyyə dəstəyi verir. Fondun təşkil etdiyi müxtəlif qrant müsabiqələri minlərlə gəncin fərdi ideyalarının reallaşdırmasına imkan yaradıb. 

 

Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynayır. Onlar təkcə elmi və innovativ layihələrdə deyil, həm də ölkənin müdafiəsi və beynəlxalq arenada təbliğatı sahəsində böyük uğurlar əldə ediblər. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı gənclər ön cəbhədə və arxa cəbhədə əsl qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpasında müstəsna rol oynadılar. Eyni zamanda, informasiya müharibəsində sosial şəbəkələr vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında gənclər fəal iştirak edirlər. Eyni zamanda, 2023-cü ilin dekabrında Laçın yolunda Dağlıq Qarabağ ərazisindəki faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması məqsədilə keçirilən etiraz aksiyalarında da onların rolu böyük olub. Aksiyada müxtəlif könüllü təşkilatların və ictimai birliklərin nümayəndələri iştirak edib. Fəallıq göstərən təşkilatlar arasında “Azərbaycan Könüllü Təşkilatları İttifaqı”, “Bakı Dövlət Universiteti Könüllüləri” və “Miqrasiya Könüllüləri”ni xüsusi qeyd etmək olar.

 

Bundan əlavə, 2023-cü ilin fevralında qardaş Türkiyə Respublikasında baş verən zəlzələ zamanı Azərbaycan könüllüləri böyük fədakarlıq nümayiş etdiriblər. Bir ay ərzində 150 könüllüdən ibarət Azərbaycan nümayəndə heyəti on minlərlə zərərçəkmişə müxtəlif humanitar yardımlar göstərib. Xüsusi vurğulamaq lazımdır ki, bu, Azərbaycan gənclərinin həm müddət, həm də iştirakçı sayı baxımından xarici ölkədə təşkil olunmuş ən genişmiqyaslı humanitar yardım fəaliyyəti kimi tarixə düşüb.

 

Azərbaycan dövləti gənclərin innovasiya və sahibkarlıq sahəsində uğur qazanmasına da xüsusi diqqət yetirir. Son illərdə startap ekosisteminin inkişafı üçün yaradılan fondlar və təşəbbüslər gənc sahibkarların öz ideyalarını reallaşdırmasına kömək edir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilən müxtəlif dəstək proqramları gənc sahibkarların fəaliyyətini stimullaşdırır. Bundan başqa, texnologiya sahəsində istedadlı gənclərin inkişafı üçün müxtəlif hakatonlar və innovativ müsabiqələr təşkil edilir.  

 

Bu gün Azərbaycan gəncləri müasir biliklərə yiyələnir, milli dəyərlərinə sadiq qalaraq ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynayır. Onlar dövlətin yaratdığı imkanlardan maksimum faydalanaraq təhsil, elm, idman, innovasiya və sahibkarlıq sahələrində böyük uğurlar qazanırlar. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə aktiv iştirakı, idmanda qazandığı nailiyyətlər və texnoloji yeniliklər sahəsindəki uğurları onların potensialının göstəricisidir.  

 

Gənclər Günü yalnız bir bayram deyil, həm də onların cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayan bir gündür. Bu gün gənclərin uğurlarını dəyərləndirmək, onların qarşısında açılan yeni imkanları müzakirə etmək və gələcək inkişaf üçün yeni hədəflər müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dövləti gənclərə verdiyi dəyəri onların uğurları ilə təsdiqləyir və bu siyasətin davamlı olması üçün ardıcıl addımlar atır.


Günay Niyazova


Gənclərin İnkişaf və Karyera Mərkəzinin


Abşeron-Xızı regional nümayəndəliyinin 


Abşeron bölməsinin mütəxəssisi


OXŞAR XƏBƏRLƏR

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsin...

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Yeni hakimlər kollektivə təqdim olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk,...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...