Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - FOTOLAR


Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən onlardan bir neçəsi barədə məlumatları təqdim edir:

 

Nihat Abdullayev Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey kompleksinin məzunudur. O, ADA universitetinin tələbəsidir. Nihat Abdullayev süni intellekt əsaslı “SamSam” startapı ilə dünyanın ən böyük startap müsabiqələrindən olan “Startap World Cup”da yarışmaq haqqı qazanıb.

 

“Samsam” ABŞ-dəki final mərhələdə seçiləcək qalibinə 1 milyon dollarlıq mükafat təqdim edən bu nüfuzlu müsabiqədə ölkəni təmsil edən ən yaxşı 5 startapdan biri kimi yarışıb.

 

“SamSam” uşaqların yaradıcı və intellektual inkişafı üçün nəzərdə tutulan və süni intellektlə işləyən ağıllı oyuncaqdır. Bu oyuncaq uşaqları əyləndirərək öyrədir.

 

Aytac Əjdərli isə Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. O, magistr təhsilini Bakı Mühəndislik Universitetdə alıb.

 

2019-cu ildən “Regional İnkişaf” İctimai Birliyində çalışır.

 

 

Prezident mükafatına layiq görülənlərdən Jalə Muradova da Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. O da Aytacla birlikdə RİİB-də fəaliyyət göstərir. Jalə eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətində Könüllülərlə iş üzrə baş menecer kimi çalışıb.

 

 

Mükafatçılar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu, ADMİU Sabah qruplarının müəllimi Şövkət Məhərrəmova da var. Gənc xanım rejissor Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı uğurlu fəaliyyətinə görə bu mükafata layiq görülüb.

 

 

Məmmədzadə Vüqar isə bəstəkardır. 1996-cı ildə Bakıda anadan olub. Vətən müharibəsində könüllü iştirak edib və bir sıra medallarla təltif olunub.

 

 

Mircavid Ağalarov AMEA Milli Azərbaycan Tarixi Muzeyində çalışır, Arxeologiya elmi fond şöbəsinin əməkdaşıdır. O, Azərbaycan Universitetində müəllim kimi də fəaliyyət göstərib.

 


OXŞAR XƏBƏRLƏR

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...