Bu avtobus marşrutları “BakuBus”a verildi


Bu avtobus marşrutları “BakuBus”a verildi

62 və 217 nömrəli marşrutlar üzrə keçirilən müsabiqədə “BakuBus” MMC qalib gəlib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Qeyd olunub ki, 62 və 217 nömrəli avtobus marşrutları üzrə müsabiqələr keçirilib və hüquqi şəxs “BakuBus” MMC qalib gəlib.

 

Məlumata görə, artıq fevralın 1-dən Xətai rayonunun Nəsirəddin Tusi küçəsini Sabunçu Dəmiryol Stansiyası ilə əlaqələndirən 62 nömrəli marşrut üzrə 27 elektrikli avtobus və “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Məmmədli qəsəbəsi ilə əlaqələndirən 217 nömrəli marşrut üzrə 13 ədəd CNG texnologiyalı avtobus sərnişinlərə xidmət göstərəcək.

 

62 nömrəli marşrutda gediş haqqı 0,50 AZN, 217 nömrəli marşrutda isə 0,55 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı - FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.   Sfera.az...

Mədəniyyət adı altında KƏŞFİYYATÇILIQ – Rus Evlərinin casusluq fəaliyyətininİFŞASI

Uzun illərdir ölkəmizdə də fəaliyyət göstərən Rus Evinin üzdə informasiya və mədəniyyət mərkəzi kimi çalışdığı bildirilir. Lakin dünyanın müxtəlif ölkələrində y...

Şahmat üzrə Azərbaycan çempionatı başladı

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan...

Avropanın ən varlı adamı işdən çıxarılma üçün yeni bir ifadə yaratdı: Bu necə səslənir?

Dünyanın beşinci ən varlı adamı və Avropanın ən zəngin milyarderi, “Louis Vuitton”, “Dior”, “Fendi”, “Tiffany & Co...

Rəqqasə Fatimə tanınmış aparıcını YIXIB-SÜRÜDÜ - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva teleaparıcı Zaur Nəbioğlu barədə qalmaqallı fikirlər səsləndirib.   “Tarixin bir günü” verilişinin qonağı ...

Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”

İtaliyanın Apennin adalarında yerləşən kiçik Rokkaroso qəsəbəsi sosial şəbəkələrin gücünü yaşayıb. Məşhur bloqqer La Crescenzo buranı "gözəl yer" adla...