Təmsilçimiz bu tarixdə açıqlanacaq
Avroviziya təmsilçimizin kimliyi fevralın ilk on günlüyündə açıqlanacaq.
Sfera.az xəbər verir ki, bu barədə Deleqasiyamızın rəhbəri Nurlana Cəfərova məlumat yayıb.
O bildirib ki, təmsilçimizin adı ilə yanaşı, mahnımız və klipimiz də növbəti ay təqdim olunacaq:
“Neqativ olmasın. Bildiyiniz kimi, bu gün Azərbaycanın Avroviziya-2025 Mahnı Müsabiqəsində 1-ci yarımfinalda iştirak edəcəyi bəlli oldu. Bu xəbərin ardından mənə və mətbuat xidmətimizin rəhbəri Turab Teymurova yazılan çoxsaylı mesaj və müraciətləri nəzərə alaraq, yerli Avroviziya pərəstişkarlarını sevindirmək qərarı verdim. Bu həm də tezliklə yayılmayacaq məlumatın ətrafında dolaşan şayiələrə də son qoymuş olar. Biz daha bütün bir iş təqdim etməyə hazırlaşırıq desək də, sizin səbirsizliyinizi də anlayışla qarşılayırıq.
Beləliklə, səslənən müxtəlif fərziyyələrdəki uydurulma tarixi deyil, fevral ayının ilk 10 günlüyündə təmsilçimizin adını açıqlamağı planlaşdırırıq. Bu son deyil!
Məlumat üçün, onu da deyim ki, fevral ayı içində isə sizə mahnımızı klip ilə birgə təqdim etməyi düşünürük. Deleqasiyanın bütün üzvləri böyük həvəs və enerji ilə ən çətin mərhələdə səylə çalışır. Sizdən gözlədiyimiz, neqativ və pessimist düşüncələr deyil, bizə, ölkəmizi təmsil edəcək təmsilçimizə dəstək, xoş sözlər və çiçəklərdir”.
Qeyd edək ki, püşkatmanın nəticəsinə əsasən Azərbaycan Birinci yarımfinalda çıxış edəcək.