Bakıda bağırsaq yuyulmasından vəfat edən Ceyhunun anası DANIŞDI

Bakıda bağırsaq yuyulmasından vəfat edən Ceyhunun anası DANIŞDI

Yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanov adlı şəxs müayinə olunmaq üçün özəl klinikalardan birinə gedib, lakin bir neçə saat sonra dünyasını dəyişib.

 

Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun anası Afayət Süleymanovanın iddiasına görə, oğlu həkim səhlənkarlığının qurbanı olub:

 

"Oğlum mədə-bağırsağını müayinə etdirməyə "Stimul" klinikasına gedib. Təzyiqi aşağı olduğu üçün ona iynə aldırıb vurublar. Ceyhun narahatlığı olar deyə narkoz almaq istədiyini deyib. Həkim Ləman Xasıyeva isə narkoz verənin işdə olmadığını söyləyib, ona "Medlife" Hospitala getməyi tövsiyə edib. "Mən gəlib səni orada müayinə edərəm" deyib".

 

Daha sonra anası oğlu ilə telefonda danışıb. Həmin gün Ceyhun Süleymanov deyib ki, 4 dəfə bağırsağı yuyulub və özünü yaxşı hiss edir:

 

"Ondan sonra qaynımgilə xəbər gəlib, klinikaya gediblər. Xəstəxanada görüblər ki, oğlum otaqda uzanır, yanında heç kim yoxdur. Onunla gedən oğlan görüb ki, həkimlər qaçırlar. Nə olduğunu soruşanda deyiblər ki, ayılda bilmirik. Övladımın ciddi problemi yox idi, ancaq müayinəyə getmişdi".

 

Qeyd edək ki, hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Ətraflı süjetdə:

 


OXŞAR XƏBƏRLƏR

Qəzada ölən İcra Hakimiyyəti əməkdaşının- FOTOSU

Xəbər verdiyimiz kimi, Salyanda “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində Məmmədov Aqil Amil...

“Meta” Trampa 25 milyon dollar ödəyəcək

ABŞ prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra feysbuk və Instagram sosial şəbəkələrində onun səhifələrinin bloklandığına görə &...

Revmatizmin müalicəsi üçün pələng idrarı 7 dollara satılır - FOTO

Çinin cənub-qərbindəki Sıçuan əyalətindəki məşhur Ya'an Bifengxia Vəhşi Təbiət Zooparkı ziyarətçilərə hər biri 50 yuan və ya təxminən 7 ABŞ dolları dəyərind...

60 ildən sonra bildilər: Ən yaxın dostlar qardaş çıxdılar

60 il ərzində ABŞ-da Alan Robinson və Uolter Makfarleyn ən yaxın dost olublar. Onlar bir-birlərini az qala qardaş hesab ediblər. Ancaq tale onlara inanılmaz bir...

İcra hakimiyyətinin əməkdaşı ailəsi ilə birgə HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR

Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsində bir ailənin üç üzvü həlak olub.   Sfera.az məlumat verir ki, "Mercedes" markalı avto...

66 yaşlı Madonna filtrsiz və makiyajsız üzünü göstərib - FOTO

Öz fotolarını fotoşop etməyi sevməsi ilə tanınan amerikalı pop müğənnisi Madonna gözlənilmədən bir qram makiyajsız poza verdiyi selfisini pərəstişkarları ilə bö...