Folklor İnstitutuna yeni direktor TƏYİNATI


Folklor İnstitutuna yeni direktor TƏYİNATI

Filologiya elmləri doktoru Hikmət Quliyev AMEA-nın Folklor İnstitutuna direktor təyin olunub.

 

Sfera.az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yeni direktoru institutun kollektivinə təqdim edib.

 

Tədbirdə Folklor İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova, şöbə müdirləri - filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru, professor Füzuli Bayat, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər çıxış edərək AMEA rəhbərliyinin instituta yeni direktor təyinatı qərarını təqdirəlayiq hesab ediblər.

 

Sonda çıxış edən Folklor İnstitutunun yeni direktoru filologiya elmləri doktoru Hikmət Quliyev göstərilən etimada görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

 

Tədbirdə AMEA-nın akademik-katibi akademik Arif Həşimov da iştirak edib.

 

Hikmət Valeh oğlu Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunun Çöpədərə kəndində anadan olub. 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr, 2006-2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

 

2010-2013-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində tyutor (akademik məsləhətçi) vəzifəsində işləmiş, 2013-cü ildən etibarən AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışır. Eyni zamanda, AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisidir.

 

2015-ci ildə AMEA Folklor İnstitutunda "Azərbaycan folklorunda Müdrik Qoca arxetipi" mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2024-cü ildə "İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

 

Filologiya elmləri doktoru Hikmət Quliyev 6 kitabın, respublikada və xaricdə nəşr olunmuş 60-a yaxın elmi məqalənin müəllifi və bir sıra beynəlxalq konfransların iştirakçısıdır. Onun İnternet folkloruna dair beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) məqalələri çap olunub.

 

Ailəlidir, iki övladı var.


OXŞAR XƏBƏRLƏR

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...