Bu ölkədə yeni ölümcül virus aşkar edildi

Cəmiyyət
16:52 / 28.01.2025
4622
Hindistanın Cammu və Kəşmir əyalətində mənşəyi məlum olmayan xəstəlik halları qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.
Bildirilir ki, indiyədək naməlum virusa 38 yoluxma halı aşkarlanıb. Onlardan 17-si dünyasını dəyişib.
Xəstəliyin ilkin əlamətləri, yüksək hərarət, ürəkbulanma və ümumi zəiflikdir. Hind həkimlərinin məlumatına görə, ölənlərin hamısında beyin ödemi olub.