"Bandotdel"dən ƏMƏLİYYAT: Narkoşəbəkənin üzvləri İFŞA EDİLDİLƏR

"Bandotdel"dən ƏMƏLİYYAT: Narkoşəbəkənin üzvləri İFŞA EDİLDİLƏR

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") əməkdaşları İmişli rayonu ərazisində tədarükçü-ekspeditor narkoşəbəkənin üzvlərini ifşa ediblər.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Elşən Əliyev və 32 yaşlı Tərlan Bağırov saxlanılıblar. Onların avtomobilindən və yaşayış ünvanlarından 62 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

 

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə 39 yaşlı Ceyhun İsmayılov və 29 yaşlı Rəşad Məmmədli də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən 18 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

 

Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, onlar barəsində həbs qətimkan tədbirləri seçilib.

 

Elşən Əliyev, Ceyhun İsmayılov, Rəşad Məmmədli və Tərlan Bağırovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

 


OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...