Azərbaycanda cinsiyyətini dəyişdirmək istəyənlər haralara üz tuturlar?


Azərbaycanda cinsiyyətini dəyişdirmək istəyənlər haralara üz tuturlar?

Dünyada cinsiyyət dəyişdirmə əməliyyatları müxtəlif səbəblərdən geniş müzakirə mövzusuna çevrilib. Bu əməliyyatlar bəzi ölkələrdə geniş yayılıb, digərlərində isə birmənalı qarşılanmır.
 

Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatları rəsmi şəkildə icra edilmir. Bu əməliyyatı istəyən bəzi şəxslər xarici ölkələrə üz tuturlar.

 

Sfera.az xəbər verir ki, modern.az mövzu ilə bağlı tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli ilə həmsöhbət olub.

Onun sözlərinə görə, Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatı qanuni olaraq həyata keçirilmir:
 

"Amma hermafrodit olaraq dünyaya gələn şəxslər var ki, onların genetik analizi aparılır və hansı cinsiyyətin xromosomlarını daşıyırsa, cinsiyyət orqanı ona uyğun formalaşdırılır. 12 yaşından sonra cinsiyyət tam formalaşmağa başlayır. Onda görürük ki, fərd uzun müddətdir qadın kimi yaşayıb, amma əslində kişidir. Həmin şəxslərdə yumurtalıqların qarının içində qalması müşahidə olunur. Bu zaman xromosomlar yoxlanılır, əgər cinsiyyətin əslində kişi olduğu aşkar olunarsa, onun öz cinsiyyəti qaytarılır".

 

Vaqif Qələndərli qeyd edib ki, qadın, yaxud kişi gəlib doğulduğu cinsiyyəti dəyişdirmək istəyirsə, bu, ölkəmizdə həyata keçirilmir:
 

"Bununla bağlı Azərbaycanda da bizə müraciətlər gəlir. Biz bu zaman həmin şəxsləri psixoloqa yönləndiririk. Çünki bu əməliyyatın edilməsi üçün qanuni baza yoxdur. Amma digər ölkələrdə, eləcə də Türkiyədə bu edilir. Mən indiyə qədər Azərbaycanda belə əməliyyat etməmişəm. Amma Türkiyədə işlədiyimiz dövrdə qanun çərçivəsində həyata keçirilirdi. Bu zaman psixoloqlar heyətinin mütləq rəyi olmalıdır. Hər kəs istədiyi kimi bunu edə bilmir"


OXŞAR XƏBƏRLƏR

İqtisadi Şuranın iclası keçirildi: mühüm müzakirə aparıldı...

İqtisadi Şuranın iclası keçirilib.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib.   İqtisadi Şuranın sədri, Baş nazir Əli Ə...

Bakıda fevralda TBNM ilə bağlı iclas keçiriləcək

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Beynəlxalq Assosiasiyasının ümumi yığıncağının və işçi qrupunun iclası fevral ayında Bakıda keçiriləcək. &nbs...

Bakı metrosunda rekord qeydə alındı: bir gündə 898 min...

2024-cü ildə metro tarixində bir gündə daşınan sərnişin sayına görə rekord qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Bakı Metrop...

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatdı

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub.   Sfera.az xəbər verir ki, son yarış günündə kişilər arasında qalib və mükafatçıları...

Arif Alışanovun qardaşı oğlu 3 nəfərin 3 milyon dollarını birjada batırdı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üz...

Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI: "Faizə pul vermişəm"

Paytaxtda vətəndaşlara qarşı rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gəlməkdə və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirləndirilən Qönçə Məmmədov...