Təhlükə saçdığı deyilən portağallarla bağlı RƏSMİ AÇIQLAMA

Təhlükə saçdığı deyilən portağallarla bağlı RƏSMİ AÇIQLAMA

Qida sənayesində, o cümlədən müxtəlif qənnadı məmulatları, qablaşdırılmış sərinləşdirici içkilər və digər qida məhsullarında rəngləndiricilərin istifadəsi dünya təcrübəsində geniş yayılmış bir haldır".

 

Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

 

"Bəzi media səhifələrində portağal məhsulunun üz qabığının parlaq olması və qırmızımtıl iz buraxması barədə məlumatlar dərc olunub. Bütöv halda olan meyvə və tərəvəzlərin zərərli orqanizmlərdən qorunması və əmtəə görünüşünün yaxşılaşdırılması məqsədilə qanunvericiliklə təsbit olunmuş bir sıra qida əlavələrindən (rəngləndirici) istifadə edilir.

 

Qida sənayesində, o cümlədən müxtəlif qənnadı məmulatları, qablaşdırılmış sərinləşdirici içkilər və digər qida məhsullarında rəngləndiricilərin istifadəsi dünya təcrübəsində geniş yayılmış bir haldır.

 

Bu qida əlavələri yalnız istifadə şərtlərinə uyğun tətbiq edildikdə, heç bir zərərə səbəb olmur. FAO və ÜST-ün "Qida əlavələri üzrə ekspert Komitəsi" tərəfindən uzun illər davam edən risk təhlilləri nəticəsində təsdiq olunmuş bu qida əlavələri yalnız müəyyən edilmiş hədd çərçivəsində istifadə oluna bilər.

 

Ölkəmizdə bu istiqamətdə müvafiq nəzarət və tənzimləmə tədbirləri AQTA tərəfindən davamlı olaraq həyata keçirilir" , - məlumatda bildirilir


OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...