Fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? - İZAH

Fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? - İZAH

Məlum olduğu kimi, bu il yanvarın 1-dən minimum əməkhaqqı artırıldı. Ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların ödədiyi sosial haqların məbləği minimum əməkhaqqı ilə bağlıdır.  Buna görə də sosial haqların məbləğində də dəyişikliklər baş verib. 

 

Bəs bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğləri nə qədər olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, əhalinin sosial təminatının daha da gücləndirilməsi üçün minimum əməkhaqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı:

 

“Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu nəticədə, minimum əməkhaqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər”.

 

Millət vəkili bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğləri haqqında məlumat verib:

 

“Bakı şəhərində: Tikinti üzrə 200 manat (400 manat x 50 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 100 manat (400 manat x 25 faiz)

 

Sumqayıt və Gəncə şəhərlərində: Tikinti üzrə 180 manat (400 manat x 50 faiz x 90 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 90 manat (400 manat x 25 faiz x 90 faiz)

 

Digər şəhərlərdə: Tikinti üzrə 160 manat (400 manat x 50 faiz x 80 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 80 manat (400 manat x 25 fazi x 80 faiz)

 

Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: Tikinti üzrə 120 manat (400 manat x 50 faiz x 60 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 60 manat (400 manat x 25 faiz x 60 faiz)

 

Kənd yerlərində: Tikinti üzrə 100 manat (400 manat x 50 faiz x 50 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 50 manat (400 manat x 25 faiz x 50 faiz)”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...