Rüşvət alan hakim məhkəmə zalında həbs edildi


Rüşvət alan hakim məhkəmə zalında həbs edildi

Bərdə Rayon Məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda ittiham olunan hakimi Elsun Əhmədovun məhkəməsi başa çatıb.

 

Sfera.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

 

Bu cinayətinə görə hakimlikdən çıxarılan hüquqşünas cinayət məsuliyyətinə cəlb edilsə də, həbs edilməmişdi. Onun nüfuzu və bəlli yaşayış yeri olması nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

 

Keçmiş həmkarının işini araşdıran Dadaş İmanovun sədrlik etdiyi hakimlər verilmiş ittihamların sübuta yetirildiyi qənaətinə gəliblər.

 

Amma eks hakimə ittiham edildiyi maddənin sanksiya həddindən aşağı cəza verilib. Külli miqdarda rüşvət alma maddəsinin sanksiya həddi 8 ildən 12 ilədək azadlıqdan məhrum etmədir.

 

Hökmə əsasən Elsun Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.

 

Qeyd edək ki, eks hakim icraatında olan işlərdən birində təqsirləndirilən şəxsin yaxınından külli miqdarda pul almaqda ittiham edilirdi. Onun qanunsuz əməlinin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açılıb.

 

Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün Məhkəmə-Hüquq Şurasının 21 qərarı ilə səlahiyyət müddəti uzadılmayıb.


OXŞAR XƏBƏRLƏR

Hindistanda mübahisəli ərazidə bitən yüzillik çinarları xilas edirlər

Hindistan Kəşmirinin səlahiyyətliləri, hərtərəfli məlumat bazası yaratmaq və artan urbanizasiya, yolların genişləndirilməsi layihələri, xəstəlik və qonşu Pakist...

Zibilliyə atılmış bir radiasiya kapsulu bir şəhəri məhv edib: 1987-ci il Qoyaniya qəzası

Radiasiya kapsulu bir şəhərin taleyini dəyişə bilərmi? Goiâniadakı (Qoyaniya- Braziliyada bir şəhər-red.) hadisə məhz belə bir fəlakətin hekayəsidir. Tərk edilm...

Pişik gənc cütlüyün boşanmasına səbəb oldu

Amerikalı qadın sevgilisinin pişiyinə o qədər paxıllıq edib ki, sonda boşanmaq üçün məhkəməyə müraciət edib. Bu barədə 28 yaşlı gəncin özü sosial şəbəkədəki for...

FCSB-nin baş məşqçisi: "Qarabağ"la oyunda bəxtimiz gətirdi"

"Qarabağ"la oyunda bəxtimiz gətirdi.   Sfera.az-ın məlumatına görə, bunu FCSB-nin (Rumıniya) baş məşqçisi Elias Xaralambous Bakıda &qu...

Transfer oğurluğu: "Fənərbaxça" "Qalatasaray"ın maraqlandığı futbolçunu heyətinə qatdı

Uzun müddətdir "Qalatasaray"ın transfer siyahısında olan Milan Skrinyar "Fənərbağça" ilə anlaşıb. Klub slovakiyalı müdafiəçini rəsmi transfe...

Türkiyə Ordusuna AĞIR İTKİ

Türkiyə Silahlı Qüvvələrinin zabiti İraqda həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. &nbs...