Şəmsi Səmədzadə azadlığa buraxıldı
Cəmiyyət
12:06 / 23.01.2025
5583
Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə bir neçə gün əvvəl azadlığa buraxılıb.
Sfera.az xəbər verir ki, o, Gununsesi.info-ya açıqlamasında həbsinin səbəbləri barədə danışmayıb.
“Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”, - deyə Ş.Səmədzadə bildirib.
Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı.