Daha bir restoranda saxta içkilər aşkarlandı -FOTOLAR
Cəmiyyət
11:32 / 23.01.2025
3196
Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən “Moon Pub” restoranında Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Bu barədə Sfera.az-a AQTA-dan məlumat verilib.
Bildirilir ki, yoxlama zamanı fiziki şəxs Əliyev Zaur İslam oğluna məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.
Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.