Logo

10-dan çox avtomobildən oğurluq edənlər tutuldu

10-dan çox avtomobildən oğurluq edənlər tutuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 10-dan artıq avtomobildən pul, maqnitofon, akkumulyator və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Məmmədov və N.Cümşüdov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, maddi sübutlara birlikdə istintaqa təhvil verilən şübhəli şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.

Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR