Bu rüsumun məbləği 2500 manata qaldırılır

Bu rüsumun məbləği 2500 manata qaldırılır

Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün isə 2500 manat dövlət rüsumu müəyyən edilir.

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

 

Bildirilib ki, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin xüsusiyyətləri nəzərə alınmaqla Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə bir sıra tələblər müəyyən olunur. Bu fəaliyyət növünə lisenziya verilərkən lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması müəyyən olunur.

 

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasına və istismarına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu tələb olunur.


OXŞAR XƏBƏRLƏR

Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu

Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.   Bu barədə Sfera.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.  ...

Almaniyada naməlum şəxs bıçaqla parkda uşaqlara hücum etdi - Ölən var

Almaniyada parkda uşaqlara vəhşicəsinə hücum edilib. Sfera.az bildirir ki, Frankfurt yaxınlığındakı qədim Bavariyanın Aschaffenburq şəhərinin şəhər parkında ...

Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.  ...

Prezident Davosda daha bir görüş keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiyaın Baş naziri Andrey Plenkoviç ilə görüşüb.   Sfe...

Prokurorluqdan Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat

Baş Prokurorluq Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev barəsində həbs qərarı çıxarılması ilə bağlı xəbərə münasibət bildirib.   Quru...

Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi

Azərbaycanın Türkiyədəki səfirliyi Bolu vilayətindəki yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar elan olunmuş matəm çərçivəsində bayraqları yarıya ...