Bu qurum lisenziya və icazə tələbindən azad olunur

Bu qurum lisenziya və icazə tələbindən azad olunur

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və onun strukturuna daxil olan qurumlar öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün lisenziya və icazələrin alınması tələbindən azad ediləcək.

 

Sfera.az xəbər verir ki, bu, "Nəqliyyat haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

 

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

 

Dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə, öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” və “Kosmik fəaliyyət haqqında” qanunlarla müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") də tətbiq edilib.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR

Hrach Topalyanın Bakıda ““no war”çı fabriki” -FAKTLAR

Avrasiya Əməkdaşlıq Fondu bu günlərdə Bakıda gənclər üçün “Bakı Münaqişə Məktəbi-2025” adlı layihəyə başlamağa hazırlaşır. Layihənin məzmu...

Məktəblərdə 5 gün dərs olmayacaq

Məktəblərdə 5 gün dərs olmayacaq.   Bu barədə Sfera.az-a  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.   B...

Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu

Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.   Bu barədə Sfera.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.  ...

Almaniyada naməlum şəxs bıçaqla parkda uşaqlara hücum etdi - Ölən var

Almaniyada parkda uşaqlara vəhşicəsinə hücum edilib. Sfera.az bildirir ki, Frankfurt yaxınlığındakı qədim Bavariyanın Aschaffenburq şəhərinin şəhər parkında ...

Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.  ...

Prezident Davosda daha bir görüş keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiyaın Baş naziri Andrey Plenkoviç ilə görüşüb.   Sfe...