Daha 92 milyon manat Azərbaycana qaytarıldı

Daha 92 milyon manat Azərbaycana qaytarıldı

Xarici ölkələrə məhsul ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

 

Sfera.az Baş Prokurorluğa istinadən xəbər verir ki, hazırkı vaxtadək Bakı şəhərinin Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 54,4 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 92,4 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

 

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Stressə tez düşən insanlar bu bürclərdən olurlar - SİYAHI

Bəzən insanlar fərqli səbəblərdən stresslə üzləşə bilərlər. Astrologiyada isə ümumilikdə, emosional və məqsədyönlü olan bürclər daha çox stressə meyilli olurlar...

Xoşbəxt evlilik üçün bu cümlələri İŞLƏTMƏYİN!

Xoşbəxt evlilik üçün cütlüklərin deməməli olduğu 3 ifadə açıqlanıb. Sfera.az xəbər verir ki, həmin ifadələrin hansı olduğunu qadın-kişi münasibətləri üzrə ...

Səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı qərar təsdiqləndi

Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.   Sfera...

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başladı

“Formula 1” üzrə Azərbaycan Qran Prisinə bilet satışı başlanılıb.   Bu barədə Sfera.az-a Bakı Şəhər Halqasından məlumat verilib. ...

Bank of Baku sahibkarlara 100 000 manatadək mikro biznes krediti təklif edib

“Sizə yaxın bankçılıq” şüarını fəaliyyətinin hər bir addımında reallaşdıran Bank of Baku müştərilərinə pərakəndə bankçılıqla yanaşı, korporativ bank...

92,4 milyon manat ölkəyə qaytarıldı - RƏSMİ

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitləri ölkəyə qaytarılıb.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. ...