Quduzluğa qarşı peyvəndləmə tədbiri keçiriləcək

Quduzluğa qarşı peyvəndləmə tədbiri keçiriləcək

Helikopter vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Bildirilib ki, tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan aldadıcı yemlərin paylanması nəzərdə tutulur.

 

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zoologiya İnstitutunun mütəxəssisləri iştirak edəcəklər.

 

Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.

 

AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Bildirilir ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir.

 

Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.


OXŞAR XƏBƏRLƏR

Türkiyə Ordusu İraqın şimalında 4 PKK terroçusunu öldürdü

Türkiyə Ordusu PKK-ya qarşı əməliyyat keçirərək 4 terrorçunu öldürüb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat ya...

Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi

Siyəzən rayonunda 28 yaşlı Şəbnəm Mustafazadəni qətlə yetirməkdə şübhəli bilinən 21 yaşlı qardaşı Səfər Mustafazadənin məhkəməsi başa çatıb.  ...

"Rusiya-İran qaz kəməri uğurlu perspektiv vəd etmir..." - Ekspert səbəbləri SADALADI

Ötən günlərdə iranlı həmkarı Məsud Pezeşkiyan ilə apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında...

Daha 92 milyon manat Azərbaycana qaytarıldı

Xarici ölkələrə məhsul ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Kom...

Bu deputata yeni vəzifə verildi - FOTO

Azərbaycan-Oman Sultanlığı parlamentlararası əlaqələr üzrə İşçi Qrupu yaradılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlə...

Bakıda baş verən iki qəza yollarda sıxlıq yaratdı

Paytaxt yollarında ard-arda iki yol-nəqliyyat hadisəsinin baş verməsi nəqliyyat sıxlığının yaranmasına səbəb olub.   Sfera.az xəbər verir ki, bu barə...