Bülletenlərin dairə seçki komissiyalarına paylanmasına başlanıldı

Bülletenlərin dairə seçki komissiyalarına paylanmasına başlanıldı

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

 

Sfera.az xəbər verir ki, seçki bülletenləri ilk gün – yanvarın 22-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə və respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 54 seçki dairəsinə verilir. Növbəti gün isə seçki bülletenlərinin ölkənin digər bütün seçki dairələrinə təhvil verilərək, prosesin tam yekunlaşdırılması nəzərdə tutulur.

 

Yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir.

 

Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 11-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6 milyon 52 min 721 seçki bülleteni çap olunub.

 

Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...