Məşhur aparıcı Xose Bernardo narkotikə necə qurşandı?

Məşhur aparıcı Xose Bernardo narkotikə necə qurşandı?

"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

 

Verilişin budəfəki sayında narkotikdən əziyyət çəkən Xose Bernardo pis vərdişinin onun həyatındakı mənfi təsirlərindən bəhs edib.

 

Ətraf mühitin insanın həyatında önəmli yer tutduğunu söyləyən Xose Bernardo bildirib ki, onun narkotik maddədən istifadə etməsində ətrafındakı insanların rolu olub:

 

"Məni hər gün məclislərə, klublara dəvət edirdilər. Yanımda bir xanım narkotikdən istifadə etdi. Bu zaman elə vəziyyət yarandı ki, mən də ondan istifadə etməli oldum. Üç ay o xanımla bərabər oldum, sonra gördüm ki, artıq narkotikdən asılıyam. Bunun pis yol olduğunu bilirdim, amma həmin dövrdə insan sağlam düşüncəyə sahib olmadığı üçün vəziyyəti tam dərk etmir. Sonra elə dostlarım oldu ki, narkotik istifadəçisi olduğumu öyrənəndə məndən uzaqlaşdılar, buna görə onları qınamıram".

 

X.Bernardo ailəsinin onun narkotik istifadəçisi olduğunu öyrənən zaman verdikləri reaksiyadan danışıb.

 

"Evdəkilərə bunu etiraf edəndə çox pis reaksiya verdilər, məndən belə bir şey gözləmirdilər. Amma həmin dönəmdə şahid oldum ki, insanın pis günündə də, yaxşı günündə də ona dayaq olan ailədir. Sonra qısamüddətli müalicələr aldım. Fasilələrlə beş il narkotikdən istifadə etmişəm. Son bir ildə gördüm ki, bu yolda olan insanlar ya cəzaçəkmə müəssisəsindədirlər, ya dünyalarını dəyişiblər, ya da elə vəziyyətdədirlər ki, o hala düşməyi qüruruma sığışdırmadım. Bu an uçuruma getdiyimi gördüm. Narkotikə görə karyeramın ən yaxşı vaxtlarını, gözəl dostlarımı, ailəmin etibarını itirdim", - deyə o söyləyib.

 

Ətraflı Baku TV-nin süjetində:

 


OXŞAR XƏBƏRLƏR

“İnstagram”ın yeni Video Redaktə Tətbiqi təqdim edildi

“İnstagram” video məzmun yaradıcıları üçün yeni proqram olan “Edits”i təqdim etməyə hazırlaşır. “Meta”nın bu yeni proqramı m...

Beyin xəstəlikləri üzrə yeni araşdırma depressiya, asılılıq və epilepsiya müalicəsində inqilab edəcək

Beyin dalğalarını birbaşa dəyişdirmək üçün ultrasəs texnologiyasından istifadə edən innovativ beyin-kompüter interfeysi (BCI) sistemi Böyük Britaniyada Milli Sə...

Mobil telefonlar sonsuzluğa səbəb olurmuş: Yatarkən bu səhvə yol verməyin

Ağıllı cihazlardan uzun müddət istifadə müxtəlif sağlamlıq problemlərinə yol açır. Mütəxəssislər mobil telefonların qadınların reproduktiv sağlamlığına mənfi tə...

İlham Əliyevdən Davos səfəri ilə bağlı paylaşım - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos səfəri ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.   Sfera.az xəbər v...

Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" və 1...

Dünyanın ən dəyərli brendləri açıqlandı: Zirvədə sürpriz yoxdur

“Brand Finance”in "Dünyanın 500 Ən Dəyərli Markası" araşdırması yekunlaşıb.   Sfera.az bildirir ki, “Apple” yenidən...