Bələdiyyə seçkilərində 16 min 96 namizəd mübarizə aparacaq

Bələdiyyə seçkilərində 16 min 96 namizəd mübarizə aparacaq
Kateqoriya məlum deyil
T

Bələdiyyə seçkilərində 16 min 96 nəfər namizəd mübarizə aparacaq.

 

Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

 

O qeyd edib ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 625 nəfər seçici var.

 

MSK sədri onu da əlavə edib ki, bələdiyyə seçkilərinin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq.

 

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-dadır. Ölkədə ümumilikdə 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə üzv seçiləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR