Cəlal Qurbanovun “O tay, bu tay Azərbaycan” əsəri Cənubda viral oldu - VİDEO

Cəlal Qurbanovun “O tay, bu tay Azərbaycan” əsəri Cənubda viral oldu - VİDEO

Cəlal Qurbanov: “O tay, bu tay Azərbaycan” əsəri həsrətdən və böyük bir ümiddən yaranıb.

 

Tanınmış bəstəkar, şair Cəlal Qurbanovun “O tay, bu tay Azərbaycan” əsəri Cənubda trendə çevrilib.

 

Sfera.az Hakimiyyet.az-a istinadən xəbər verir ki, bəstəkar Elçin Cəfərovun şairin sözlərinə bəstələdiyi musiqi və müğənni Mirələm Mirələmovun möhtəşəm ifasıyla bu mahnı böyük izləyici kütləsi qazanıb.

 

“Cənub dərdi, cənub həsrəti əsrlərdir Azərbaycan xalqının ürəyində dərin sağalmaz yaraya çevrilib. Uzun zaman keçməsinə baxmayaraq, bu həsrət, bu ayrılıq mətin xalqımızın, Cənublu qardaşlarımızın iradəsini, əzmini qıra bilmədi. Hər vəchlə öz dilini, dinini, milli adət və ənənələrini, milli dəyərlərini, mədəniyyətini, ədəbiyyatını qoruyub saxladı”, - deyən C.Qurbanov bildirir ki, bu əsər həsrətdən, nisgildən və böyük ümiddən yaranıb:

 

““O tay, bu tay Azərbaycan” əsəri də bu həsrətdən, bu nisgildən və böyük bir ümiddən yaranıb. Cənubi Azərbaycanda yaşayan qiraətçi qardaş və bacılarımız mütəmadi olaraq bu şeiri səsləndirir, sosial şəbəkələrdə yayımlayırdılar. İnanın ki, hər dəfə bunu görəndə ürəyimi kədər qarışıq qürur hissi bürüyürdü. Həm ayrıyıq, həm də ayrı deyilik... Ruhlarımızı ayıra bilməyiblər... Ürəyimizi, qəlbimizi, düşüncələrimizi ayıra bilməyiblər... Xalqımız doğrudan da böyük xalqdır...

 

Yaxın günlərdə Elçin Cəfərovun bu şerimin sözlərinə bəstələdiyi musiqiylə və Mirələm Mirələmovun möhtəşəm ifasıyla bu sözlərə yeni bir can gəldi. Xalq artistlərimiz Natiq Şirinova və dəyərli sənətkarımız Rasim Balayevə bu layihədə iştiraklarına görə ürəkdən təşəkkür edirəm.

 

44 günlük vətən müharibəsində zəfərə imza atmış Azərbaycan xalqı dünyaya sübut etdi ki, xalqımın qeyrətli oğul və qızları vətən torpaqlarını düşməndən azad etməyi, öz torpağına sahib çıxmağı bacaran bir müzəffər xalqdır. Bizim bu zəfərimiz cənublu bacı və qardaşlarımız üçün bir mayakdır. O gün uzaqda deyildir. Allah xalqımızı qorusun, hürriyyətimizi və dövlətçiliyimizi əbədi etsin!”

 

Qeyd edək ki, mahnının sözləri aşağıdakı kimidir:

 

Tarix boyu bir olmuşuq,

 

Bir anadan doğulmuşuq.

 

Qurban verib hürr olmuşuq,

 

Xəzər, Araz, Kür olmuşuq.

 

Bir bədənik, həm də bir can,

 

O tay, bu tay Azərbaycan!

 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...