Azərbaycanda vəzifəli şəxsin evindən 244 MİNLİK QIZIL OĞURLANDI

Azərbaycanda vəzifəli şəxsin evindən 244 MİNLİK QIZIL OĞURLANDI

Vəzifəli şəxsin evindən külli miqdarda oğurluqda təqsirləndirilən Məmmədova Ruhiyyə İdris qızının məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

 

Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilən Ruhiyyə Məmmədovanın anket məlumatları dəqiqləşdirilib.

 

Məlum olub ki, R. Məmmədova əvvəllərdə oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. 3 övladı var, evdar xanımdır.

 

Cinayət işində zərərçəkən qismində tanınan Əmir Şirinbəyli hazırlıq iclasında iştirak etməyib.

 

Anket məlumatlarına görə, Ə. Şirinbəyli Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini vəzifəsində çalışır.

 

Hakim Telman Hüseynov anket məlumatlarını dəqiqləşdirdikdən sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı tərəflərin fikirlərini öyrənib.

 

Dövlət ittihamçısı Valeh Ələkbərov işin məhkəmə baxışına verilməsi və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı təklif irəli sürüb.

 

Hakim korpusu müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edib.

 

İttiham aktına görə, Ruhiyyə Məmmədova Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinir.

 

Qeyd edək ki, təqsirləndirilən şəxs Ruhiyyə Məmmədova baş vermiş cinayət əməlində özünü təqsirli bilib.

 

Məhkəmə prosesi 31 yanvar tarixinə kimi təxirə salınıb. (Lent.az)


OXŞAR XƏBƏRLƏR

AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı - Sahibi axtarılır

Qazaxıstanın Astana şəhərində yaşayan bloger Aygül Berdigalievanın paylaşdığı görüntülər çox təsirlidir. Sfera.az lent.az-a istinadən xəbər verir ki, A...

Tullantı suyunun istifadəsinə dair yeni dövlət standartını qəbul edildi

İqtisadiyyat Nazirliyi yannda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS IS...

Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO

İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, yenidən reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə report-a&nb...

İlham Əliyev Donald Trampı təbrik edib - MƏKTUB

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib.   Sfera.az bildirir ki, məktu...

UEFA Avropa Liqası: "Qarabağ" - FCSB oyununun təyinatları bəlli oldu

Bakıda "Qarabağ" və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun oyununun təyinatları bəlli o...

Sabah hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   M...