DİQQƏTLİ OLUN - Elan saytlarında istismara yararsız qaz balonları satılır

DİQQƏTLİ OLUN - Elan saytlarında istismara yararsız qaz balonları satılır

Elan saytlarında istehsalı illər öncə dayandırılmış və istismara yararsız qaz balonları satılır. Satışa çıxarılan balonlar əsasən istismar müddəti başa çatmış Rusiya istehsalı olan balonlardır.

 

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, sözügedən balonların istismar müddəti illər öncə başa çatıb.

 

Belə balonlardan istifadə edənlərin isə diqqət etməli olduğu məqamlar var.

 

Ekspert bildirib ki, satışa çıxarılan və yeni kimi təqdim olunan qaz balonları adətən restavrasiya olunmuşlardır. Bu balonları da alarkən xüsusi sertifikatının olmasına diqqət etmək lazımdır.

 

Elmar Nurəliyev əlavə edib ki, qaz balonu istifadəçiləri təhlükəsizlik qaydalarına da əməl etməlidirlər. Buna balonun yerləşdiyi yer, otaq temperaturu, borusunun uzunluğu kimi amillər aiddir. Həmçinin bir otaqda yalnız bir balon ola bilər və otağın temperaturu 35 dərəcəni keçməməlidir.

 

Ətraflı süjetdə:

 


OXŞAR XƏBƏRLƏR

Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın- Sensasion səs yazısı

Ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən veri...

USAİD bağlandı

ABŞ dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

“Koroğlu körpüsü”ndə çatlar yaranıb? - VİDEO

Bakıda ən çox istifadə olunan körpülərdən birində təhlükəli vəziyyət yaranması haqda məlumat yayılıb.    Sfera.az-ın məlumatına görə, Baku.ws-ə ...

Bu vəzifəli şəxslərin məhkəmələri başlayır

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib.   Bu barədə Sfe...

"Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində QƏRAR ÇIXARILDI

Məhkəmə "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və ə...

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...