Sumqayıtda baş vermiş yanğında xəsarət alan şəxsin SON DURUMU
Cəmiyyət
18:44 / 19.01.2025
5921
Sumqayıt şəhərində baş vermiş yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Sfera.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 19.01.2025-ci il tarixində saat 14:20-də 1986-cı il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Sağ döş qəfəsinin yüngül əzilməsi diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyəti stabildir.
Xatırladaq ki, bu gün günorta saatlarında Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verib.