Fərid İsmayılov saxlanıldı

Cəmiyyət
18:23 / 17.01.2025
21864
“Toplum TV işi” ilə bağlı cinayət işində barəsində polis nəzarətində qətimkan tədbiri seçilən jurnalist Fərid İsmayılov saxlanılıb.
Sfera.az xəbər verir ki, hazırda Xətai Rayon Məhkəməsinə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün aparılır.
F.İsmayılov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Bu gün “Toplum TV” işində ibtidai istintaq tamamlanıb, yekun ittihamlar elan edilib.
Şərait dəyişdiyindən Fəridin də həbsi üçün təqdimat verilib.
Fərid İsmayılovla birgə Nihad İbrahimxəlilov (Libertain) da saxlanılıb.