“Çimnaz müalicədən imtina edib ki, saçım tökülməsin”


“Çimnaz müalicədən imtina edib ki, saçım tökülməsin”

Aktrisa Çimnaz Sultanovanın müalicədən imtina etdiyi iddia olunub.

 

Sfera.az yazır ki, bu barədə “Xəbərin var?” verilişində aparıcı İsa Şükürov danışıb. O bildirib ki, prodüser Tarix Əliyev Çimnazın həkimi ilə əlaqə saxlayıb:

 

“Çimnaz Sultanova xərçəng olduğunu bilib, şiş əzələsində olub. Əməliyyatla götüzdürüb, Milli Onkologiya mərkəzində mütləq kimyaterapiya alması deyilsə də, aktrisa müalicədən imtina edir. Səbəb kimi, saçlarım, qaşlarım töküləcək, müalicə almayım deyir. Üç ay sonra yenidən yoxlanışa gələndə, daxili oraqanlarda aşkarlanıb. Onu da əməliyyatla götüzdürüb. Həkimlərin səyinə baxmayaraq, Çimnaz Soltanova kimyaterapiyadan imtina edib”.


OXŞAR XƏBƏRLƏR