2024-cü il tarixin ən isti ili oldu
Cəmiyyət
16:40 / 16.01.2025
3407
2024-cü il tarixin ən isti ili olub.
Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand mətbuat konfransı zamanı onu belə adlandırıb.
"İndi biz tam əminliklə deyə bilərik ki, ötən il müşahidələrin bütün tarixində ən isti il olub", - deyən sinoptik keçən ilin həm də ardıcıl ikinci ən isti il kimi tanındığını qeyd edib.
Tarixin ən isti günü 2024-cü il iyulun 22-də planetdə orta sutkalıq temperaturun 17,16 dərəcə olub.
Ekspert əlavə edib ki, sentyabr ayı paytaxtda xüsusilə isti keçib. Ən qarlı ay isə öz növbəsində fevral olun - həmin ayda qar topalarının hündürlüyü 60 santimetrdən çox idi.