"Azərişıq" ASC-nin əməkdaşı özünü elektrik naqilindən asaraq intihar etdi
Kateqoriya məlum deyil
"Azərişıq" ASC-nin əməkdaşı özünü elektrik naqilindən asaraq intihar edib.
"Report"un məlumatına görə, hadisə rayonun Xosrov kəndi ərazisində yerləşən taxta-şalban sexinin elektrik anbarında baş verib. Həmin kəndin sakini 49 yaşlı Məhəmməd Mirhəsən oğlu Səmədov özünü asaraq intihar edib.
Qeyd edək ki, M.Səmədov "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş elektrik şəbəkəsində elektrik vəsifəsində çalışıb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.






