Milli Məclisin komitə iclasları başlayır

Milli Məclisin komitə iclasları başlayır

Sabahdan Milli Məclisin komitə iclasları başlayır.

 

Sfera.az xəbər verir ki, yanvarın 16-da parlamentin Mədəniyyət komitəsinin iclası keçiriləcək.

 

Toplantıda 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat veriləcək, komitənin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi, həmçinin, “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş) müzakirə olunacaq.

 

Yanvarın 17-də isə Regional  məsələlər komitəsi toplanacaq. 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat dinləniləcək, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənəcək.

 

Yanvarın 21-də isə Səhiyyə komitəsi payız sessiyası dövründə görülən işlər barədə hesabat verəcək, yaz sessiyası üçün iş planı müzakirələrdən sonra təsdiq ediləcək.

 

Qeyd edək ki, bu gün Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb.
 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...