Məşhur bazarın yanındakı evlər də söküləcək - Kompensasiya nə qədər olacaq?

Məşhur bazarın yanındakı evlər də söküləcək - Kompensasiya nə qədər olacaq?

Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.

 

Sfera.az milli.az-a istinadən xəbər verir ki, bununla bağlı artıq gəlib evləri ölçüblər.

 

Bəs proses necə həyata keçiriləcək? 



Vətəndaşların sözlərinə görə, hələ ki gəlib evlərə, əraziyə baxış keçirirlər, puldan, kompensasiyadan danışan yoxdur. Sakinlər bildirir ki, ilkin olaraq 18 evin sökülməsi nəzərdə tutulub.



Məsələ üzrə əmlak eksperti Elnur Fərzəliyev deyib ki, əmlak dövlət ehtiyacı üçün alınan zaman vətəndaşların torpaqları bazar qiymətinə uyğun olaraq dəyərləndirilməlidir. 



Əgər həmin qiymət sakinləri təmin etməsə, bu zaman tərəflər arasında razılaşma necə olmalıdır? 

 

Bu zaman vətəndaşlara 20 faiz artıq kompensasiya verilərək həmin ərazilərdən köçürülür. Əgər vətəndaş yenə də razı olmazsa, vətəndaş əmlakını özü qiymətləndirərək məhkəməyə müraciət edə bilər. 



AYDA-dan bildirildi ki, mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya müvafiq qurum tərəfindən həyata keçirilir. 

 


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...