Əsgərliyə gedənlərin kredit borcu dayandırılır? - AÇIQLAMA

Əsgərliyə gedənlərin kredit borcu dayandırılır? - AÇIQLAMA

Bəzən hərbi xidmətə gedən şəxslərin banka kredit borcu ola bilir. Bu halda kredit borcunu ödəməsi prosesi necə həyata keçirilir?

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, bankların kredit verməsi vətəndaşla bank arasında rəsmiləşdirilən kredit müqaviləsi əsasında həyata keçirilir və orada həm faiz dərəcəsi, həm müddət müəyyən olunur. Eyni zamanda bankın tərəfindən şərtlər müəyyən olunan zaman orada hər hansı əlavə şərtlər qarşılıqlı olaraq razılaşdırılır:

 

“Hər kəs bilir ki, hər nə qədər tərəflər qanun və müqavilə üzrə bərabər hesab olunsalar da, burada əsas söz sahibi, dominant mövqedə duran bankdır və bank müqavilə şərtlərini müəyyən edir. Təbii ki, vətəndaş onu bir müddətdən sonra hərbi xidmətə çağıracaqlarını bilirsə, bu barədə o, müqavilə şərtlərində tələb edə bilər ki, vətəndaş hərbi xidmətə çağırıldığı zaman onun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası dayandırılsın və ya ən azından həmin kredit müqaviləsinin öhdəlikləri üzrə hərbi xidmətdə olduğu müddət ərzində faizlərin hesablanması dayandırılsın”.

 

Hüquqşünas qeyd edib ki, qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb və vətəndaş hərbi xidmət zamanı mütləq şəkildə banka olan öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir:

 

“Bankın həm də hüququdur ki, əgər vətəndaş tərəfindən müraciət olunarsa və ya onun hərbi xidmətdə olmasını təsdiq edən sənədlər təqdim olunarsa, bununla bağlı hüququnda seçim edə bilər. Ya kreditin ödənişini dayandıra bilər, ya da kreditin ödənişinin davam etdirilməsi barədə tələb edə bilər. Eyni zamanda kreditin təminat tədbirlərindən biri də girov, zaminlik müqaviləsinin bağlanmasıdır. Vətəndaş əgər həmin krediti ödəməni çatdıra bilmir və ödəməsi dayandırılarsa, sırf hərbi xidmətlə bağlı təxirəsalınma həyata keçirilməsi tələb olunarsa, belə olan təqdirdə bank alternativ olaraq kreditin təminatı kimi zaminlərdən ödənişləri tələb edə və ya girov əmlakının üzərinə yönləndirə bilər. Amma ölkə üzrə əgər ümumi səfərbərlik elan olunarsa, hərbi xidmətini keçmiş şəxs banka müraciət edə bilər və bank da fors-major vəziyyətləri nəzərə alaraq kreditin ödənilməsini dayandıra bilər”.


OXŞAR XƏBƏRLƏR

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...