Azərbaycanda dumanlı hava müşahidə olunur

Azərbaycanda dumanlı hava müşahidə olunur

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Şabran, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada müşahidə olunan duman görünüş məsafəsinin 50-200 metrədək məhdudlaşmasına səbəb olub.

 

“Dumanlı hava şəraitinin Bakıda və Abşeron yarımadasında günün ikinci yarısınadək, bölgələrdə isə yanvarın 16-dək davam edəcəyi gözlənilir. Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur".

 

Xidmət rəsmisi qeyd edib ki, duman sinoptik şəraitlə əlaqədar, qış fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.

 

“Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır. Mülayim və azsürətli küləklərin üstünlüyü dumanın davamlı olmasına şərait yaradır”.


OXŞAR XƏBƏRLƏR

Bu vəzifəli şəxslərin məhkəmələri başlayır

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib.   Bu barədə Sfe...

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...