Nəzrinin ölümü ilə bağlı cinayət işi açıldı


Nəzrinin ölümü ilə bağlı cinayət işi açıldı

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan və bu zaman komaya düşərək vəfat edən 30 yaşlı Nəzrin Mansurovanın ölümü ilə bağlı cinayət işi açılıb.

 

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

 

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.


OXŞAR XƏBƏRLƏR

Türkiyə hərbçiləri Suriyanın şimalında doqquz terrorçunu öldürdü

Türkiyə hərbçiləri Suriyanın şimalında terror törətmək üçün hazırlaşan PKK/YPG qruplaşmasının doqquz silahlısını öldürüb.   Sfera.az xəbər verir ki, ...

Belarus Azərbaycana yeni səfir təyin etdi

Belarus Azərbaycana yeni səfir təyin edib.   Sfera.az xəbər verir ki, bununla bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko sərəncam imzalay...

Ermənistan qərbi azərbaycanlılara kompensasiya ödəyib? - SORĞU NƏTİCƏLƏRİ

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan 8 yanvar 2025-ci ildə keçirilən mətbuat konfransında bildirib ki, sitat: “Biz heç vaxt sove...

Ukraynada hərbi vəziyyət rejimi yenə uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya səfərbərlik və hərbi vəziyyətin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini təqdim edib.  ...

Dələduzluq və oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Dələduzluq və oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.   ...

Tanınmış aktyor təcili xəstəxanaya yerləşdirildi - FOTO

Tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.   Sfera.az bildirir ki, Yenicag.az-a açıqlama verən aktyor 5 gündür ki, xəstəx...