Logo

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 18-19 yanvar tarixlərində əlavə qatar reysləri təyin edir.

Sfera.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək olar.

“Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, - məlumatda qeyd edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR