Yol polisindən dumanlı hava ilə bağlı MÜRACİƏT

Yol polisindən dumanlı hava ilə bağlı MÜRACİƏT

Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla, bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

 

Sfera.az bildirir ki, Baş DYP İdarəsi bununla əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib. Qurumdan qeyd olunub ki,  dumanlı hava digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaradır.

 

“Buna görə də, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur”, - idarədən bildirilib.

 

Qurum həmçinin piyadalara da çağırış edib: “Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul başlanıldı - MN

Azərbaycan Ordusunda radioelektronika sahəsi üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. ...

Keçmiş nazirlər Starmeri TƏNQİD ETDİ: "Heç vaxt Kiyevə səfər etmədin"

“Britaniya savaş başa çatdıqdan sonra Ukraynaya sülhməramlılar qismində qoşun göndərməlidir”.   Sfera.az bildirir ki, bunu Krallığın keçm...

"Ukraynalılar "Türk axını”na hücum ediblər" - Rusiya MN

Ukrayna pilotsuz uçuş aparatları (PUA) vasitəsilə "Türk axını"na (“TurkStream”) hücum edib.   Sfera.az xəbər verir ki, belə bi...

"Pulsuz versələr geyinməzdim" - Sibel Can yenə tənqid olundu

Son zamanlar səhnə performansları və sosial media paylaşımları ilə diqqət çəkən Sibel Can yenidən gündəmə gəlib.    Sfera.az xəbər verir ki, Bur...

Bu şəxslər hərbi xidmətdən vaxtından öncə TƏRXİS OLUNACAQLAR

Bildiyimiz kimi, Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb. Belə ki, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müd...

Bəxtiyar Hacıyevə HÖKM OXUNDU - 10 il həbs

Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.   Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədo...