Bu şəxslərə ayda 400 manat veriləcək - AÇIQLAMA

Bu şəxslərə ayda 400 manat veriləcək - AÇIQLAMA

Baş nazir məqsədli proqramların həyata keçirilməsi və kvotadan əlavə iş yerlərinin yaradılması qaydalarını təsdiq edib. Bu qaydalar Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Məşğulluq haqqında" qanuna edilən dəyişikliklərə əsasən hazırlanıb. Nazirlər Kabinetinin son qərarlarından sonra artıq bu sahədə bütün qaydalar qüvvəyə minib. Yeni qaydaya əsasən, vətəndaşlar 400 manat vəsait ala biləcək.

 

Maraqlıdır, kimlərə ayda 400 manat ödəniləcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti 3 aya yaxın müddətdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək.

 

Onun sözlərinə görə, yeni qaydalar iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni 400 manat vəsait almasına imkan verəcək, gələcəkdə minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək:

 

“Yeni məşğulluq aləti özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar”.

 

Millət vəkili qeyd edib ki, yeni mexanizm eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq:

 

“Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır”.

 

V.Bayramov sonda vurğulayıb ki, bütövlükdə, yeni mexanizm ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olunması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

 

Firuzə Əliyeva

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul başlanıldı - MN

Azərbaycan Ordusunda radioelektronika sahəsi üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. ...

Keçmiş nazirlər Starmeri TƏNQİD ETDİ: "Heç vaxt Kiyevə səfər etmədin"

“Britaniya savaş başa çatdıqdan sonra Ukraynaya sülhməramlılar qismində qoşun göndərməlidir”.   Sfera.az bildirir ki, bunu Krallığın keçm...

"Ukraynalılar "Türk axını”na hücum ediblər" - Rusiya MN

Ukrayna pilotsuz uçuş aparatları (PUA) vasitəsilə "Türk axını"na (“TurkStream”) hücum edib.   Sfera.az xəbər verir ki, belə bi...

"Pulsuz versələr geyinməzdim" - Sibel Can yenə tənqid olundu

Son zamanlar səhnə performansları və sosial media paylaşımları ilə diqqət çəkən Sibel Can yenidən gündəmə gəlib.    Sfera.az xəbər verir ki, Bur...

Bu şəxslər hərbi xidmətdən vaxtından öncə TƏRXİS OLUNACAQLAR

Bildiyimiz kimi, Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb. Belə ki, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müd...

Bəxtiyar Hacıyevə HÖKM OXUNDU - 10 il həbs

Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.   Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədo...