Onlayn qumar təşkil edənlərin qarşısını necə almaq olar?

Onlayn qumar təşkil edənlərin qarşısını necə almaq olar?

Əvvəlcə depozit ödəniş tələb edilir, bank hesabı, kartı nömrəsi göndərilir. Minimum 5 manat ödədikdən sonra qarşı tərəf, müraciət edən şəxsin əvəzinə mərc oyunu oynayır.

 

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət artıq açıq şəkildə reklam və təklif edilən qumar, loto, mərc oyunlarından gedir.

 

Qanunla qadağan olan işin dırnaqarası biznesini quranlar bu oyunları sosial şəbəkələrdəki səhifələrdə paylaşır, müraciət üçün öz nömrələrini yerləşdirməkdən belə çəkinmirlər.

 

Təəssüf ki, belə şəxslərin tələsinə düşənlər də az deyil.

 

Qeyd edək ki, mərc oyunu üzərindən qazanılan məbləği göndrmək adı ilə vətəndaşlardan bank kartı məlumatları da tələb edilir. Belə olan halda həm də kiberdələduzluq halları baş verə bilir.

 

Daxili İşlər Nazirliyindən (DİN) "Xəzər Xəbər"ə verilən məlumata görə, quruma sözegedən hallarla bağlı daxil olan hər bir müraciət araşdırılır.

 

Hüquq-mühafizə orqanları bir daha vətəndaşlara qanunsuz mərc, loto və digər qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyi tövsiyə edir.

 

Ətraflı süjetdə:

 


OXŞAR XƏBƏRLƏR

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul başlanıldı - MN

Azərbaycan Ordusunda radioelektronika sahəsi üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. ...

Keçmiş nazirlər Starmeri TƏNQİD ETDİ: "Heç vaxt Kiyevə səfər etmədin"

“Britaniya savaş başa çatdıqdan sonra Ukraynaya sülhməramlılar qismində qoşun göndərməlidir”.   Sfera.az bildirir ki, bunu Krallığın keçm...

"Ukraynalılar "Türk axını”na hücum ediblər" - Rusiya MN

Ukrayna pilotsuz uçuş aparatları (PUA) vasitəsilə "Türk axını"na (“TurkStream”) hücum edib.   Sfera.az xəbər verir ki, belə bi...

"Pulsuz versələr geyinməzdim" - Sibel Can yenə tənqid olundu

Son zamanlar səhnə performansları və sosial media paylaşımları ilə diqqət çəkən Sibel Can yenidən gündəmə gəlib.    Sfera.az xəbər verir ki, Bur...

Bu şəxslər hərbi xidmətdən vaxtından öncə TƏRXİS OLUNACAQLAR

Bildiyimiz kimi, Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb. Belə ki, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müd...

Bəxtiyar Hacıyevə HÖKM OXUNDU - 10 il həbs

Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.   Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədo...