Azərbaycanda iki yeni milli park yaradılacaq – RƏSMİ

Azərbaycanda iki yeni milli park yaradılacaq – RƏSMİ

"Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq. Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək".

 

Sfera.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib.

 

O bildirib ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin 10.3 faizi, yəni 893 min hektar xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlərə başlayıb.

 

Ötən il milli parklarımızı ümumilikdə 24 min 638 turistin ziyarət etdiyini bildirən xidmət rəsmisinin sözlərinə görə, COP29 zamanı ölkəmizə gələn xarici turistlər daha çox Şirvan və Abşeron milli parklarına baş çəkiblər. Həmin mövsümdə quşların müşahidəsi üçün çox unikal bir şərait mövcud idi, çünki bu dövr quşların daha çox miqrasiya etdiyi vaxtdır. Xarici turistlərin böyük əksəriyyəti məhz Şirvan və Abşeron milli parklarına səfər ediblər.

 

 

 

"İşğaldan azad edilmiş ərazilərdə 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Bunlar Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlıqlarıdır. Əlbəttə ki, həmin ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər aparılır. Hazırda tərəfimizdən Bəsitçay dövlət təbiət qoruğunun sanitar-mühafizə zonasının xəritəsi tam yekunlaşıb. Ərazidə artıq inventarizasiya, çöl-tədqiqat işləri aparılıb. Digər xüsusi mühafizə olunan təbiət ərazilərindən isə Daşaltı yasaqlığının xəritəsi hazırlanıb. Həmçinin Arazboyu dövlət təbiət yasaqlığında işlər davam edir. Bununla yanaşı, azad edilmiş ərazilərdə reintroduksiya tədbirləri, eyni zamanda, bioloji müxtəlifliyin bərpası istiqamətində də fəaliyyətimiz davam edir. Müxtəlif növ heyvanların təbiətə buraxılması, eləcə də mövsümi xarakterli balıq buraxılışları həyata keçirilir", - deyə R. Allahverdiyev bildirib.


OXŞAR XƏBƏRLƏR

Yeni virus COVID-dən daha təhlükəlidir? - Mütəxəssis izah edir

Çində yayılan metapnevmovirus insanlarda təşvişə səbəb olmağa davam edir.   Sfera.az xəbər verir ki, əsas simptomları öskürək, hərarət, burun tutulma...

9 yaşlı qıza döymə vuran usta hər kəsin qəzəbinə səbəb oldu - FOTO

Arizona ştatının Yuma şəhərindən olan döymə ustası doqquz yaşlı qıza döymə etdirdiyi videonu yayımladıqdan sonra sosial mediada qızğın müzakirələrə səbəb olub.&...

Bütün ölkələri gəzən bloqqer planetin ən pis yerinin adını çəkib - FOTOLAR

Dünyanın 197 ölkəsinin hamısına səyahətləri ilə tanınan amerikalı səyyah və məşhur bloqqer Dryu Binski planetin ən pis şəhəri haqqında fikirlərini bölüşüb. Onun...

Səyahət 20 dəqiqədən sonra başa çatdı

Rusiya pasportu və Donetskdə qeydiyyatda olan turist Gürcüstana buraxılmayıb.   Sfera.az bildirir ki, Donetsk qeydiyyatında olan qız Gürcüstandan dep...

Diabetin müalicəsi istiqamətində mühüm addım

İsveç alimləri 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım atıblar.    Sfera.az xəbər verir ki, dünyada ilk dəfə olaraq bu xəstəliyə y...

Elşən Orucov Azərin son görüntülərini yaydı - VİDEO

Aktyor Elşən Orucov mərhum aktyor, dostu Azər Baxşəliyevin son görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, aktyor dostu ilə xəstəxanada olan...