Uşağına üç ad vermək istədi - Qarşısı alındı

Uşağına üç ad vermək istədi - Qarşısı alındı

Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır.

 

Sfera.az modern.az-a istinadən xəbər verir ki, bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

 

O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: “Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli yaxud Fatimə adının 15-20 nəfərə verilməsi yaxşı hal deyil” .

 

Sayalı Sadıqova uşaqlara mürəkkəb adların verilməsini də yaxşı hal hesab etmir:

 

“Məsələn, uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib”.

 


OXŞAR XƏBƏRLƏR