Bu istiqamətlərdə sıxlığı aradan qaldırmaq üçün tədbirlər görüləcək

Bu istiqamətlərdə sıxlığı aradan qaldırmaq üçün tədbirlər görüləcək

“Sumqayıt, Xırdalan və Masazır istiqamətindən “20 Yanvar” metro stansiyası ətrafına axın səbəbilə yaranan sıxlıq problemi uzun müddətdir şəhər nəqliyyatını narahat edən məsələdir”.

 

Sfera.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar”a dair keçirilən brifinqdə deyib. 

 

“Burda qanunsuz daşımalar problemin yaranmasına şərait yaradır. Ona görə də Sumqayıt istiqaməti üzrə bizim 594 və 595 saylı marşrutlarımız fəaliyyət göstərir. Gün ərzində hər iki marşrutla 12 minə yaxın sərnişin daşınır. Bu yalnız Sumqayıt üzrə gedən marşrutlarda daşınan sərnişinlərin sayıdır. Yeni 508 saylı marşrut Saray istiqamətində sərnişindaşıma ilə məşğul olur. 1 həftə ərzində artıq sərnişin sayı 6 mini keçib.

 

Görünən odur ki, bu istiqamətdə gedən sərnişinlərin sayı daha çoxdur və buna görə də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Buna dəmir yolunun inkişaf etdirilməsi də aiddir. Yol qovşaqları, yeni yolların inşası da bu tədbirlər sırasındadır”, - deyə nazir müavini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

21-ci əsrin ən yaxşı sənətçisi seçildi

Amerikalı müğənni Teylor Svift nüfuzlu "Billboard" nəşrinə görə “XXI əsrin ən yaxşı sənətçiləri” reytinqində birinci yeri tutub.  ...

Azərbaycanda havanın isti keçməsinin səbəbi açıqlandı - RƏSMİ

Son günlər ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Belə ki, atmosfer proseslərinin inkişafında isti hava kütlələrinin üstünlük təş...

Müəllif qonorarlarının verilməsinə dair yeni qaydalar müəyyənləşdi

“Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları...

"Kəpəz"dən yeni transfer

“Kəpəz” komandası qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib.   Klubdan Sfera.az-a verilən məlumata görə, gürcüstanlı Ra...

Azərbaycanlılar təhlükəsiz şəkildə Qərbi Azərbaycana, həm də Qərbi Zəngəzura yerləşdiriləcəklər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il yanvar ayının 7-də yerli televiziya kanallarına müsahibə verib. Jurnalistlərin çoxsaylı suallarını...

Qaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələndi - RƏSMİ

Əməliyyat otağında həkimə doğum günü “sürpriz”i ilə bağlı məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.   ...