Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edildi

Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edildi

2024-cü ilin sentyabr-dekabr aylarında mikromobillik operatorları tərəfindən 850 min 944 sifariş qəbul edilib və 2 milyon 244 min 302 kilometr məsafə qət edilib.

 

Sfera.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, ötən il avqust ayının 24-də velosipedlərin icarəsi üzrə “Apar” xidməti və mobil tətbiqi istifadəyə verilib.

 

“Bu xidmət çərçivəsində indiyədək təxminən 215 min 800 kilometr məsafə qət edilib. Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edilib. “Apar” xidməti üzrə istifadəçi sayı 46 min nəfər təşkil edir. Bakıda operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4 min 670 ədəd təşkil edir. Bunların 77 faizini kiçik elektrik nəqliyyat vasitəsi (skuter), 18 faizini velosiped, 5 faizini isə elektrik velosipedləri təşkil edir”, - deyə Anar Rzayev vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Qeyri neft-qaz ixracı 100 milyon dollar ARTDI - MÜQAYİSƏ

2024-cü ildə Azərbaycan qeyri neft-qaz mallarının ixrac dəyərini 100 milyon dollar artıra bilib.   Sfera.az İqtisadi İslahatların Təhlili və Kommuni...

Samir Şərifovdan ilk AÇIQLAMA: "İnşallah növbəti həftə..."

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilər...

Prezident yeni təyin olunan səfirin etimadnaməsini qəbul etdi - FOTO

Prezident İlham Əliyev yanvarın 10-da Küveytin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbu...

İlham Əliyev yeni təyin olunmuş səfiri qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşk...

Kamaləddin Qafarov: “Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir”

“Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində istər ötən ildə əldə olunmuş uğur göstəriciləri, istə...

“Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edildi

Qırmızı Ürəklər Fondu cəmiyyətimiz üçün həssas və vacib mövzularda təşəbbüslərini davam etdirir. Ənənəsinə sadiq qalan Fond “Onlar Bizə Əmanətdir” l...