Surqut aeroportunda 10-dan çox reys gecikdi

Surqut aeroportunda 10-dan çox reys gecikdi

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın ən böyük hava limanı olan Surqut aeroportunda güclü qar yağması səbəbindən gediş və gəliş reysləri gecikib.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS-a Surqut aeroportunun mətbuat xidmətindən məlumat verilib.

 

Surqut aeroportunun onlayn tablosuna əsasən, 13 reys uçuşu, 4 reys isə gəlişi gözləyir. Belə ki, Moskvaya olan reys təxminən 17 saat, Ufaya - 6 saat, Bişkekə - 7 saat, Tümenə isə 4,5 saat gecikib.

 

"Reyslər hava şəraitinin əlverişsiz olması, yəni güclü qar səbəbindən gecikib", - məlumatda bildirilib.

 

Hazırda Surqutda güclü qar yağır, şəhərdə çovğundur. Bələdiyyə başçısı Maksim Slepov öz “Telegram” kanalında qeyd edib ki, əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi proqnozlaşdırılır.


OXŞAR XƏBƏRLƏR

"Bakı və Abşerona rekord həcmdə yağıntı düşüb" - Gülnarə Abbasova

Bakıda və Abşeron yarımadasında 15 saat ərzində 57 mm yağıntı düşüb.   Sfera.az xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini G...

Bakı-Quba yolunu su basdı, maşınlar ödənişli yola yönləndirildi - VİDEO

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 73-cü kilometrliyində leysan xarakterli yağış səbəbindən acınacaqlı vəziyyət yaranıb.    S...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respubl...

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəniz kənarında qəzaya uğrayan avtobusla bağlı məlumat yayıb.   Bu barədə Sfera.az-a AYNA-dan məlumat v...

“Ermənistanın heç zaman müstəqil siyasəti olmayıb”- VİDEO

“Baş verən hadisələrə baxdıqda belə qənaətə gəlmək olar ki, Paşinyan manevr edir. Bir sözlə Paşinyan zaman qazanmaq niyyətindədir”- bu fikirləri ARB...

Azərbaycanla Qazaxıstan media sahəsində mütəxəssis hazırlaya bilər

Astanada təşkil olunan II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Qazaxıstan Respubl...