İndiyədək yollarda neçə elektron tərəzi yerləşdirilib? - AÇIQLAMA (VİDEO)

İndiyədək yollarda neçə elektron tərəzi yerləşdirilib? - AÇIQLAMA (VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.

 

Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. 

 

Bildirilir ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. 

 

Artıq 1-ci mərhələ üzrə 4 yerdə 6 tərəzinin quraşdırılması işləri tamamlanıb, 7 yerdə 11 tərəzinin qısa müddət ərzində istismara verilməsi planlaşdırılır: 

 

M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı kilometrində sağ tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib. 

 

M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 65,1-ci kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.

 

M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.

 

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.

 

M-3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.

 

M-3 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.

 

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması işləri davam etdirilir. 

 

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.

 

M-5 Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 44,9-cu kilometrində sağ tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.

 

M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 91,6-cı kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.

 

Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu) avtomobil yolunun 21,4-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.

 

2-ci mərhələdə 20 yerdə 34 tərəzinin quraşdırılması nəzərdə tutulub. Layihənin tam olaraq 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır. Artıq 2-ci mərhələ üzrə işlərin başlanılması üzrə hazırlıq işləri aparılır və 1 ərazidə elektron tərəzi məntəqəsinin quraşdırılmasına start verilib: 

 

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 451,2-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması üçün ərazidə təmir işlərinə başlanılıb. 


Qeyd edək ki, məlumatların vahid mərkəzdə toplanılması üçün İdarəetmə Mərkəzi (Monitorinq mərkəzi) qurulub. 

 

Bundan başqa iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta istismara verilmiş elektron tərəzilərin vasitəsi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər tamamlanıb.

 

 


OXŞAR XƏBƏRLƏR

Baydenin gedə-getdə qəribə görüntüləri yayıldı - FOTO

ABŞ-nin hazırkı prezidenti Co Bayden ölkənin 39-cu prezidenti Cimmi Karterin anım mərasimində yuxuya gedib. Sfera.az xəbər verir ki, sözügedən yayımı Fox New...

Hollivud ulduzundan Aytənin şərhinə reaksiya -FOTO

Hollivud ulduzu Ceremi Renner aparıcı Aytən Səfərovanın şərhinə bəyəni qoyub.   Sfera.az xəbər verir ki, bu barədə Aytən sosial şəbəkədə pa...

Daha bir Hollivud cütlüyü 16 illik evlilikdən sonra boşanma ərəfəsindədir - FOTOLAR

43 yaşlı amerikalı aktrisa Cessika Alba 45 yaşlı prodüser həyat yoldaşı Keş Uorrendən ayrılmağa hazır görünür. Bəzi mənbələr cütlüyün artıq birlikdə yaşamadığın...

Rusiyadan Ermənistana XƏBƏRDARLIQ

"Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlər məhdudlaşdırılarsa, Ermənistanda enerji və ərzaq məhsulları bahalaşacaq, üstəlik, Ermənistan mallarının ...

Ərdoğan: "Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır"

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.   Sfera.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tay...

Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu

Dövlətə xəyanətdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sfera.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsin...