AZAL Rusiyanın daha bir şəhərinə uçuşları dayandırdı


AZAL Rusiyanın daha bir şəhərinə uçuşları dayandırdı

Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

 

Bu barədə Sfera.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

 

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.

 

Xatırladaq ki, daha öncə AZAL təhlükəsizlik səbəbindən Rusiyanın Qroznı və Maxaçqala da daxil olmaqla, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqoroq və Vladiqafqaz şəhərlərinə uçuşların dayandırıldığı barədə açıqlama yaymışdı.


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...