AQTA-dan sahibkarlıq subyektlərinə xəbərdarlıq

AQTA-dan sahibkarlıq subyektlərinə xəbərdarlıq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin qurulmasının təmin olunması ilə bağlı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.

 

Agentlikdən Sfera.az-a bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və müvafiq daxili nəzarət sisteminə malik olmalıdırlar. Qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixindən etibarən iri, orta və kiçik sahibkarlıq subyektləri, eləcə də mikro sahibkarlıq subyektləri HACCP sistemini tətbiq etməlidirlər.

 

Qanunun tələbləri nəzərə alınaraq, Agentlik tərəfindən sahibkarlarla çoxsaylı görüşlər keçirilib, onlara müraciətlər ünvanlanıb, maarifləndirici məlumatlar yayımlanıb. Təəssüf ki, həyata keçirilən tədbirlərə və Qanunda iri sahibkarlıq subyektləri üçün nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, bəzi iri sahibkarlıq subyektləri öz qida obyektlərində, eyni zamanda qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları hələ də tətbiq etməyiblər və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik deyillər.

 

Bu hal nəzərə alınaraq, Agentlik bir daha bütün iri, eləcə də kiçik, orta və mikro sahibkarlıq subyektlərini öz obyektlərində HACCP sistemini tətbiq etməyə çağırır. Eyni zamanda bəyan edir ki, HACCP sistemi tətbiq olunmayan iri sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi davam etdiriləcək. Belə ki, Agentlik tərəfindən müvafiq qida obyektlərində aparılan yoxlamalar zamanı HACCP sisteminin tətbiqi vəziyyəti də yoxlanılır, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir. Həmçinin qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

 

Qeyd edək ki, HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və onlara nəzarət sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini formalaşdırır. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılığı təmin edir.


OXŞAR XƏBƏRLƏR

Demi Mur arxiv videosu səbəbindən qalmaqala düşüb

62 yaşlı amerikalı aktrisa Demi Mur karyerasının 45 ilində ilk Qızıl Qlobusunu alan kimi onun qələbə sevinci 1982-ci ildən arxiv videosunu dərc edən onlayn dete...

Rihanna açıq-saçıq alt paltarı ilə bədənini nümayiş etdirdi - FOTOLAR

36 yaşlı müğənni və iş qadını Rihanna alt paltarı markası “Savage X Fenty”nin Sevgililər Günü üçün yeni kolleksiyasının reklam kampaniyasında rol al...

Pilotun ərköyün övladına görə 75 nəfərin həyatına son qoyan təyyarə qəzası - FOTOLAR

Sərnişin təyyarəsinin idarə edilməsini uşağa həvalə etməyi təsəvvür edə bilərsinizmi? Üstəlik, bu “oyun” 75 nəfərin həyatına son qoyacaq faciəyə çev...

Futbol tarixinin ən böyük saxtakarlığı: Ayağına top dəyməyənfutbolçu

Futbol tarixi maraqlı hekayələr və intriqalarla doludur. Ancaq tarix yazan futbolçu var və onu yaşıl meydanlarda görən hər kəs qarşısında diz çöküb tövbə edir. ...

Qadın polisi qətlə yetirən şəxsin cəzası bilindi

Türkiyənin İstanbulun şəhərində polis əməkdaşı Şeyda Yılmazı öldürməkdə təqsirli bilinən Yunus Emre adlı şəxs ömürlük azadlıqdan məhrum olunub.   Sfe...

Dünyanın ən tıxaclı şəhəri bəlli olub

İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub. Sfera.az bildirir ki, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 sa...